Müxalif mer həbs olundu, Paşinyan seçki qərarı verdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Gümrüdə şəhər ağsaqqallar şurasına növbədənkənar seçkilər keçiriləcəyini elan edib.
TodayPress TV xəbər verir ki, o, konkret tarix açıqlamayıb, lakin seçkilərin 7 iyun parlament seçkilərindən sonra baş tutacağını bildirib.
Qeyd edək ki, 2025-ci ilin mart seçkilərinin nəticələrinə görə seçilmiş hazırkı müxalif mer Vardan Qukasyan hazırda korrupsiya ittihamı ilə həbsdədir.