Moskvadan Səmərqəndə uçan təyyarə məcburi eniş etdi

Moskvadan Səmərqəndə uçan təyyarə məcburi eniş etdi
13.12.2025 17:30 Dünya

Moskva-Səmərqənd reysi ilə uçan "Pobeda" aviaşirkətinə məxsus təyyarə Səmərqənd aeroportunda olan güclü duman səbəbindən Buxaraya məcburi eniş edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Uzbekistan airports"un mətbuat xidməti məlumat yayıb.

"Səmərqənd aeroportundakı əlverişsiz meteoroloji şərait səbəbindən Moskva-Səmərqənd reysi ilə uçan təyyarə Buxarada məcburi eniş edib.

Hazırda ekipaj və sərnişinlər Səmərqəndə uçmaq üçün havanın düzəlməsini gözləyirlər."- deyə qeyd edilib.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər