Monteneqronun Aİ-yə üzvlük layihəsi yaxında təqdim oluna bilər
"Monteneqronun Avropa İttifaqına (Aİ) üzvlük layihəsi yaxın vaxtlarda təqdim oluna bilər".
TodayPress TV xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos məlumat verib.
Onun sözlərinə görə, Monteneqro 2026-cı ilin sonuna qədər danışıqları başa çatdırmağa hazırdır.
Komissar, həmçinin bildirib ki, Albaniya da Aİ-yə üzvlüklə bağlı danışıqları 2027-ci ilin sonunda yekunlaşdırmağı planlaşdırır.
Qiymət Mahir