Mirzoyan və Fidan Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər
Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər Yaxın Şərqdə baş verən hadisələri müzakirə edib və bölgədə vəziyyətin gərginləşməsindən narahat olduqlarını bildiriblər.
Nazirlər regionda sabitlik və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıblar.
Türkan İsgəndərli