Merts: "2026 Almaniya üçün həlledici il olacaq"
Almaniya kansleri Fridrix Merts Almaniyanın gələn ilin ölkə üçün həlledici ola biləcəyini bildirib.
TodayPress TV xəbər verir ki, o bu fikiri xalqa Yeni il müraciətində səsləndirib.
"Biz böyük dövlətlərin əlində top deyilik", - deyə Merts vurğulayıb.
Kansler, həmçinin qeyd edib ki, 2026-cı il Almaniya və bütövlükdə Avropa üçün həlledici il ola bilər. O bəyan edib ki, qarşıdakı dövrdə Avropa onilliklər ərzində qorunub saxlanılan sülh, azadlıq və rifah yolunda mühüm qərarlarla üz-üzə qalacaq.
Aysel Mətləb