Mərhum Əli Laricaninin mümkün varisi açıqlandı

Dünya

18.03.2026 22:30

İranın Ali Liderinin Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili mərhum Əli Laricanini əvəz edə bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə “CNN” analitiklərə istinadən məlumat yayıb. 

Ekspertlər bildiriblər ki, onun Əli Laricaninin yerinə keçməsi asan olmayacaq, çünki Laricani əsas qərar qəbul edən şəxs idi və onun varisi müharibəyə son qoymaq üçün istənilən danışıqlarda əsas rol oynayacaq. 

Qeyd edilib ki, Səid Cəlili İran İslam Respublikasında nüfuzlu siyasətçidir. O, İranın nüvə danışıqları üzrə Baş nümayəndəsi olub və hazırda Ali Rəhbərin Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsidir.  

Həmçinin 2024-cü ildə Səid Cəlili İran prezidentliyinə namizədliyini irəli sürüb və Məsud Pezeşkianla birlikdə səsvermənin ikinci turuna keçib. 

Aysel Mətləb

TodayPress TV

tag: Laricani,Varis,Səid Cəlili,İran,TodayPress TV,