Meloni Trampa cavab verdi: Öz populyarlığına diqqət yetirsən, daha yaxşı olar
"Mənim populyarlığım İtaliyanın milli mənafelərini qorumaq bacarığımdan asılıdır və mən həmişə məhz bunu etmişəm".
TodayPress TV xəbər verir ki, bu fikirləri İtaliyanın Baş naziri Ciorcia Meloni İtaliya bazalarından İrana qarşı müharibədə istifadənin qadağan edilməsi ilə bağlı ittihamlara cavab olaraq bildirib.
Baş nazir qeyd edib ki, o, eyni addımı İtaliyadakı Amerika hərbi bazaları ilə bağlı da atıb:
"Onların istifadəsi bizim hər zaman riayət etdiyimiz müqavilələrlə tənzimlənir və mən baş nazir olduğum müddətdə bu müqavilələr pozula bilməz".
O, həmçinin ABŞ lideri Donald Trampın öz populyarlığına diqqət yetirsə daha yaxşı olacağını bəyan edib.
Xatırladaq ki, ABŞ Prezidenti daha əvvəl artıq Ciorcia Meloni ilə “dostluq etmək” istəmədiyini bildirib.
Aysel Mətləb