Medvedev Aİ siyasətçilərinin sülh açıqlamalarını şərh etdi

Medvedev Aİ siyasətçilərinin sülh açıqlamalarını şərh etdi
24.12.2025 10:22 Dünya

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropa İttifaqı ölkələrinin bəzi siyasətçilərinin sülhə dair açıqlamalarına istehzalı münasibət bildirib.

TodayPress TV xəbər verir ki, o, bunu "Max" messencerində yazıb.

Medvedev Almaniyanın müdafiə naziri Boris Pistoriusun Rusiya ilə NATO arasında müharibəyə inanmadığını, Finlandiya prezidenti Aleksandr Stubbun isə Rusiyanın alyans ölkələrinə hücumda maraqlı olmadığını deməsini gözlənilməz adlandırıb.

O, həmçinin bu fikirlərin “ayılma” ilə, yoxsa Milad tətillərinin başlaması ilə bağlı olduğunu sual edib.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər