Marukyan: "Sərhədin açılmasını təxirə salmaq lazımdır”

Dünya

31.01.2026 11:25

“İrəvan Ermənistan-Türkiyə sərhədlərinin açılması fonunda bir dövlət olaraq hazırlaşmalıdır”. 

TodayPress TV xəbər verir ki, bu fikri "Parlaq Ermənistan" partiyasının lideri Edmon Marukyan bildirib.

O vurğulayıb ki, Ermənistan-Türkiyə sərhədini açmazdan əvvəl İrəvan özünü, iqtisadiyyatını, torpağını və əmlakını qorumağı bacarmalıdır.

“Ermənistanda, sərhəd və sərhədyanı ərazilərdə, şəhərlərdə və kəndlərdə torpaq, daşınmaz əmlak və müxtəlif strateji və qeyri-strateji aktivlərdə pay alan şəxslərlə bağlı qayda və müddəalarımız olmalıdır. Sərhəd açılmadan əvvəl bir çox digər qaydalar da tətbiq olunmalıdır".

Marukyanın fikrincə, Ermənistan heç vaxt sərhədi açmağa bu qədər yaxın olmayıb. O bildirib ki, əgər sərhəd açıqlacaqsa, bunu təxirə salmalıdırlar.

Aysel Mətləb

TodayPress TV

tag: Ermənistan,Türkiyə ,Marukyan ,Sərhəd,Todaypress.tv,