Marko Rubio: "Tehranda bəzi şəxslər ABŞ ilə dialoqa hazırdırlar"

Marko Rubio: "Tehranda bəzi şəxslər ABŞ ilə dialoqa hazırdırlar"
30.03.2026 21:40 Dünya

"İran rəhbərliyi parçalanıb və ölkədə hakimiyyətin yüksək eşalonlarında bəzi şəxslər ABŞ ilə dialoqa hazırdırlar".

TodayPress TV xəbər verir ki, bu sözləri ABŞ-nin dövlət katibi Marko Rubio "ABC News" telekanalının efirində bildirib.

"Aydındır ki, bizimlə elə şəkildə danışan insanlar var ki, daha əvvəl İranı idarə edənlər o cür danışmırdılar", - deyə diplomat qeyd edib.

M.Rubio ABŞ-nin İranda məhz kiminlə təmasda olduğunu açıqlamaqdan imtina edib. Onun sözlərinə görə, bu məlumatın açıqlanması həmin şəxslərin ölkə daxilində digər qruplarla münasibətlərinə mənfi təsir göstərə bilər.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər