Macarıstan və Slovakiya Aİ-nin Rusiya enerjisindən imtina planını blokladı

Macarıstan və Slovakiya Aİ-nin Rusiya enerjisindən imtina planını blokladı
16.06.2025 16:10 Dünya

Avropa İttifaqı (Aİ) ölkələrinin energetika nazirlərinin Lüksemburqda keçirilən toplantısında Macarıstan və Slovakiya Avropa Komissiyasının Rusiyadan neft, qaz və nüvə yanacağı tədarükündən imtina planını bloklayıb.

TodayPress TV xəbər verir ki, bu barədə toplantıda iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat verib.

“Bu qərara qarşı çıxdım və slovakiyalılar da onu dəstəkləmədiklərini bildirdilər. Mübarizə hələ davam edir, buna görə bu məsələni müxtəlif platformalarda bir neçə dəfə müzakirə etməli olacağıq”, - deyə Siyarto Lüksemburqda macar jurnalistlərlə görüşdə bildirib.

Töhfə Səməd

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər