Livanda üç BMT sülhməramlısı yaralandı

Livanda üç BMT sülhməramlısı yaralandı
03.04.2026 21:10 Dünya

BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) müşahidə məntəqəsi Əl-Edeis sərhəd bölgəsində atəşə tutulub, nəticədə üç sülhməramlı yaralanıb.  

TodayPress TV xəbər verir ki, bu barədə UNIFIL-in sözçüsü Kendis Ardell məlumat verib. 

"Hər üç əsgər xəstəxanaya aparılıb, onlardan ikisinin vəziyyəti ağırdır", - deyə o bildirib. 

Ardellin sözlərinə görə, komandanlıq hadisənin təfərrüatlarını araşdırır. 

"UNIFIL bütün tərəflərə Livanın cənubundakı sülhməramlıların təhlükəsizliyini təmin etmək öhdəliklərini xatırladır. Onlar üçün birbaşa təhlükə yaradan BMT hərbi mövqelərinə yaxın hərbi əməliyyatlar aparmaqdan çəkinmək lazımdır”, - deyə sözçü qeyd edib. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər