Lavrov: "Rusiyaya qarşı hər addıma cavab olacaq"
"Rusiyaya qarşı atılan istənilən addıma, o cümlədən sanksiyalara qarşı adekvat cavab veriləcək".
TodayPress TV xəbər verir ki, bunu “İzvestiya”ya açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O vurğulayıb ki, tarix boyu həyat dəfələrlə sübut edib: hər bir hərəkətə qarşı mütləq əks-təsir yaranır.
Nazir əlavə edib ki, Rusiya ticarət-iqtisadi əlaqələri qorumağa imkan verən işlək və səmərəli mexanizmlərin razılaşdırılmasına çalışır.
Qiymət Mahir