Lavrov: "Rusiya Yaxın Şərq münaqişəsində vasitəçi olmağa hazırdır"

Lavrov:  "Rusiya Yaxın Şərq münaqişəsində vasitəçi olmağa hazırdır"
16.03.2026 16:50 Dünya

Rusiya, ehtiyac yaranacağı təqdirdə, Yaxın Şərqdəki münaqişədə vasitəçilik etməyə hazırdır.

TodayPress TV  "Kommersant"a istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov keniyalı həmkarı Musalia Mudavadi ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Rusiyalı nazir tərəfləri, danışıqlara hələ də etimad varsa, mümkün qədər tez danışıqlar masasına əyləşməyə çağırıb.

Nazirin sözlərinə görə, ən təcili addım bütün tərəflərin həm Körfəz ərəb dövlətlərində, həm də İran İslam Respublikasında mülki infrastruktura zərər verən və mülki itkilərə səbəb olan hərəkətləri dayandırmasını təmin etməkdir. 

Qeyd edək ki, fevralın 28-də ABŞİsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. 

Jalə Rövşən 

TodayPress TV 

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər