Lavrov: "Qiyamət yaxınlaşır"

Lavrov: "Qiyamət yaxınlaşır"
25.06.2025 14:57 Dünya

Rusiya qlobal nüvə münaqişəsinin qarşısını almaq üçün fəal şəkildə işləyir. 

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkmənistanda çıxışı zamanı bildirib.

O deyib ki, dünyada təhlükəsizlik məsələləri bu gün ən vacib problemlərdən biridir və hazırkı vəziyyəti "qiyamət saatının gecə yarısına yaxınlaşması" adlandırıb.

Nazir həmçinin qeyd edib ki, bu vəziyyətdə beynəlxalq əməkdaşlıq və dialoq böyük əhəmiyyət daşıyır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər