Küveyt müharibədən əvvəlki səviyyəyə qayıdır - qlobal bazara 2 milyon barrel neft...

Küveyt müharibədən əvvəlki səviyyəyə qayıdır - qlobal bazara 2 milyon barrel neft...
18.06.2026 22:00 Dünya

Küveyt neft hasilatını artırmağa başlayıb və bir həftə ərzində onu sutkada 2 milyon barrelə çatdırmağı planlaşdırı

TodayPress TV xəbər verir ki, bunu "Kuwait Petroleum Corp." dövlət şirkətinin rəhbəri şeyx Nəvaf əs-Sabah "Bloomberg"ə bəyan edib.

Ölkədəki neft yataqlarının hücumlara məruz qalması, xammal ixracı üçün əsas marşrutun bağlanması səbəbindən Küveytdə neft hasilatı sutkada 500 min barrelə qədər düşmüşdü.

Nəvaf əs-Sabah qeyd edib ki, ölkə zərər görmüş enerji infrastrukturunun bərpası üçün kifayət qədər iş həcmi həyata keçirə bilib və bu, hasilatı gözləniləndən daha tez müharibədən əvvəlki səviyyəyə qaytarmağa imkan verib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər