Kuba lideri Trampın bəyanatlarını kəskin tənqid etdi
Dünya
02.05.2026 23:55
Kuba Prezidenti Migel Diaz-Kanel ABŞ Prezidenti Donald Tramp tərəfindən ölkəsinə qarşı yönəlmiş hərbi təhdidlərin intensivləşməsini kəskin şəkildə pisləyib.
TodayPress TV xəbər verir ki, bu barədə o, "X" sosial media platformasında yazıb.
"Amerika Birləşmiş Ştatlarının Prezidenti Kubaya qarşı hərbi təcavüz təhdidlərini təhlükəli və görünməmiş səviyyəyə qaldırır", - deyə bildirilib.
Diaz-Kanel beynəlxalq birliyi və ABŞ xalqını "intiqam və hökmranlıq istəkləri ilə hərəkət edən kiçik, lakin varlı və nüfuzlu bir qrupun maraqlarını təmin etmək üçün belə kəskin cinayət əməlinə icazə verilib-verilməyəcəyini" müəyyən etməyə çağırıb.
"Nə qədər güclü olmasından asılı olmayaraq, heç bir təcavüzkar Kubada təslimçilik görməyəcək. Onlar milli ərazinin hər qarışında suverenliyi və müstəqilliyi müdafiə etməkdə qərarlı olan bir xalqla qarşılaşacaqlar”, - deyə prezident əlavə edib.
Aysel Mətləb
tag: ABŞ,Kuba,Tramp,Migel Diaz-Kanel,TodayPress TV,
