Krasnodar vilayətində yanğın: 2,2 min kvadratmetr ərazi alovlandı

Krasnodar vilayətində yanğın: 2,2 min kvadratmetr ərazi alovlandı
15.02.2026 15:32 Dünya

Ukrayna Silahlı Qüvvələrinin gecə hücumu nəticəsində Krasnodar vilayətinin Volna qəsəbəsində yaranan iki yanğın ocağının ümumi sahəsi 2,2 min kvadratmetrə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Kuban vilayətinin operativ qərargahı məlumat yayıb.

Məlumata görə, Temryuk rayonunun yaşayış məntəqəsində alovun söndürülməsinə 165 nəfər və 45 texnika cəlb olunub. Yanğınla mübarizəyə Krasnodar vilayəti üzrə Rusiya FHN qüvvələri də qoşulub.

Operativ qərargahın məlumatına əsasən, gecə hücumu zamanı xəsarət alanlar olub. Onların vəziyyəti orta ağır kimi qiymətləndirilir və bütün zərərçəkənlərə tibbi yardım göstərilib.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər