Konqoda naməlum xəstəlik: Simptomların görünməsindən 24 saat sonra öldürür

Konqoda naməlum xəstəlik: Simptomların görünməsindən 24 saat sonra öldürür
23.06.2026 02:00 Dünya

Konqo Demokratik Respublikasının qərbində sürətlə naməlum xəstəlik yayılır.

TodayPress TV xəbərinə görə, bu barədə bölgənin deputatı Jak İlunqu Openi məlumat verib.

O bildirib ki, iyunun əvvəlindən bəri Kvilu əyalətinin Mokolo-Biala kəndində infeksiyadan 14 nəfər ölüb.

"19 gün ərzində biz artıq 14 ölüm halı qeydə almışıq. Bu vəziyyət böyük narahatlıq doğurur", - deyə Openi bildirib.

Deputat hökuməti vəziyyətə təcili müdaxilə etməyə və xəstəliyin xarakterini müəyyənləşdirməyə, eləcə də əhalini xəstəlikdən qorumaq üçün bütün zəruri tədbirləri görməyə çağırıb.

Qeyd edilir ki, xəstəlik şiddətli baş ağrıları, qarın və dizlərdə ağrılar, eləcə də qusma ilə müşayiət olunur. Xəstələr xəstəliyin son dərəcə sürətli irəlilədiyini bildirirlər, ölüm ilk simptomların ortaya çıxmasından 24 saat sonra baş verir.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər