Kiyev yenidən od içində: Rusiya paytaxta növbəti hava hücumu reallaşdırdı - FOTOLAR

Kiyev yenidən od içində: Rusiya paytaxta növbəti hava hücumu reallaşdırdı - FOTOLAR
08.07.2026 10:01 Dünya

Ukraynanın paytaxtı Kiyev gecə saatlarında növbəti dəfə hava hücumuna məruz qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində iki nəfər xəsarət alıb. Paytaxtın Svyatoşinski və Desnyanski rayonlarında bir neçə yanğın qeydə alınıb.

Məlumata görə, Svyatoşinski rayonunda inzibati bina və anbarlarda yanğın baş verib. Bundan başqa, qaraj kooperativi alovlanıb, inzibati binaya və tramvaylara ziyan dəyib.

Desnyanski rayonunda isə anbar binalarında yanğın baş verdiyi bildirilir.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUL 2026
Bütün Xəbərlər