KİV: Ukrayna üzrə danışıqların taleyini Rusiya və Çin müəyyən edir

Dünya

16.12.2025 10:50

Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqların nəticəsi böyük ölçüdə Rusiya və Çindən asılıdır, Avropa isə bu prosesdən kənarda qalır.

TodayPress TV xəbər verir ki, Almaniyanın “Berliner Zeitung” nəşri bu qənaətlə çıxış edib. 

Məqalədə bildirilir ki, Avropa ölkələrinin liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski Berlində görüşərək sülh prosesində öz maraqlarını ifadə etməyə çalışsalar da, danışıqların real nəticəsini məhz Rusiya və Çin müəyyən edir. Nəşrin jurnalistləri vurğulayırlar ki, Moskva və Pekin danışıqlar masasında birbaşa təmsil olunmasalar belə, prosesin ümumi məcrasına ciddi təsir göstərirlər.

Yazıda qeyd olunur ki, mövcud beynəlxalq münasibətlər sistemində ABŞ və Rusiya hələ də “təhlükəsizlik arxitekturasının formalaşdırılmasında” əsas rol oynayır. Eyni zamanda Çin getdikcə daha inamlı şəkildə iqtisadi və texnoloji cazibə mərkəzi kimi çıxış edir. Bu şəraitdə Avropa ölkələri dünya siyasətində müstəqil və həlledici rol oynamaq imkanından məhrum qalır.

Qiymət Mahir

TodayPress TV

tag: Ukrayna,Rusiya,Çin,Danışıqlar,Todaypress.tv,