Kanadadan SƏRT AÇIQLAMA: "İranda hakimiyyət dəyişməsə..."

Kanadadan SƏRT AÇIQLAMA: "İranda hakimiyyət dəyişməsə..."
15.02.2026 13:47 Dünya

Kanada İranda hakimiyyətin dəyişməsini istədiyini bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Anita Anand “The Globe and Mail” nəşrinə müsahibəsində bildirib.

O, Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində deyib:

“İranda rejim dəyişməyənə qədər biz diplomatik münasibətlər qurmayacağıq. Nöqtə.”

Nəşrin yazdığına görə, Anand ABŞ-nin mümkün hərbi zərbəsini dəstəkləyib-dəstəkləməyəcəyi barədə konkret mövqe açıqlamayıb.

Qeyd edək ki, Kanada ilə İran arasında münasibətlər xüsusilə gərgindir və Ottava 2012-ci ildə Tehranla diplomatik əlaqələri kəsib.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər