Kamçatkada vulkan 9 km hündürlüyə kül püskürtdü

Kamçatkada vulkan 9 km hündürlüyə kül püskürtdü
28.01.2026 10:09 Dünya

Kamçatka yarımadasında yerləşən Şiveluç vulkanı güclü aktivlik nümayiş etdirərək havaya kül sütunu atıb.

TodayPress TV xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, kül püskürməsi yanvarın 28-də yerli vaxtla saat 17:02-də qeydə alınıb.

İlkin mərhələdə kül sütununun hündürlüyü dəniz səviyyəsindən təxminən 7,1 min metr təşkil etsə də, sonradan bu göstərici 9 min metrədək yüksəlib.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər