Kallas: "Rusiyanın təhlükəsizlik zəmanətlərinə ehtiyacı yoxdur"

Kallas: "Rusiyanın təhlükəsizlik zəmanətlərinə ehtiyacı yoxdur"
15.12.2025 13:54 Dünya

Rusiyanın yox, hamının təhlükəsizlik zəmanətinə ehtiyacı var.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu  Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib.

O, Aİ xarici işlər nazirlərinin iclası öncəsi açıqlamasında təhlükəsizlik zəmanətlərinin Rusiyaya deyil, digər ölkələrə verilməli olduğunu deyib.

Kallasın sözlərinə görə, Ukrayna üçün təhlükəsizlik zəmanətləri sadəcə sənəd və ya vədlərdən ibarət olmamalı, real hərbi mövcudluq və özünümüdafiə imkanlarını əhatə etməlidir.

O vurğulayıb ki, Rusiya son yüz il ərzində azı 19 ölkəyə hücum edib və həmin ölkələrin heç biri Rusiyaya qarşı təcavüz göstərməyib.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər