İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi

İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
25.06.2026 06:00 Dünya

Böyük Britaniyada meteoroloji müşahidələr tarixində iyun ayının ən isti günü qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, Surrey qraflığında havanın temperaturu 35.7°C-yə yüksəlib. Bununla da 1976-cı ildə qeydə alınmış 35.6°C-lik əvvəlki milli rekord yenilənib.

İspaniyanın meteoroloji xidmətləri isə ölkədə 1950-ci ildən bəri iyun ayı üzrə ən yüksək orta temperaturun qeydə alındığını açıqlayıblar. Bildirilib ki, ölkə üzrə orta göstərici bir gün əvvəl 28.17°C təşkil edib. İyunun 22-də isə bu rəqəm 28.08°C olub. Əvvəlki rekord 2025-ci il iyunun 30-da qeydə alınmış 28.01°C idi.

Bununla yanaşı, İspaniyanın bəzi bölgələrində iyunun 23-də havanın temperaturu 40°C-ni ötüb. Xüsusilə ölkənin şimalındakı Kantabriya bölgəsində termometrlər 43.7°C-ni göstərib.

Mütəxəssislər Avropanın bir sıra ölkələrində müşahidə olunan anomal istilərin yaxın günlərdə də davam edə biləcəyi barədə xəbərdarlıq edirlər.

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər