Fransada tarixi istilər: temperatur 40 dərəcəyə çatdı
Fransa meteoroloji müşahidələr tarixində ən isti günlərdən birini yaşayıb.
TodayPress TV “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, iyunun 24-də ölkənin 50-dən çox departamentində havanın temperaturu 40°C-yə yüksəlib.
Bildirilib ki, ölkə üzrə orta temperatur təxminən 30°C təşkil edib.