BMT Livandakı son vəziyyəti açıqladı

BMT Livandakı son vəziyyəti açıqladı
24.06.2026 22:40 Dünya

BMT-nin sülhməramlı qüvvələri 24 iyun gecə yarısından saat 16:00 (Bakı vaxtı ilə 17:00) heç bir raket trayektoriyası və ya hava zərbəsi qeydə almayıb.

TodayPress TV xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq bəyan edib.

Onun sözlərinə görə, ötən gecə BMT-nin Livandakı Müvəqqəti Qüvvələri "Mavi xətt"in cənubundan atılan və Litani çayının şimalına düşən iki raket trayektoriyası müşahidə edib.

Sakitliyə baxmayaraq, BMT qüvvələri əksəriyyəti pilotsuz uçuş aparatları tərəfindən olmaqla, İsrailin hava məkanını pozmağa davam etdiyini qeydə alıb.

Haqqın bildirdiyinə görə, İsrailin yerüstü fəallığı da müşahidə olunub ki, bura zirehli texnikanın hərəkəti, mühəndislik işləri və logistik fəaliyyət daxildir.

O əlavə edib ki, qüvvələr, həmçinin Naquranın cənub-qərbində, Livanın ərazi sularında İsrailə məxsus dörd patrul kateri müşahidə edib.

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər