İtaliyada yeni PUA əleyhinə müdafiə sistemi təqdim edildi

Dünya

03.02.2026 23:30

İtaliyanın "Leonardo" şirkəti "Michelangelo Dome" pilotsuz təyyarəsinə inteqrasiya ediləcək hava hücumundan müdafiə artilleriya sistemlərini təqdim edib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Army Recognition" məlumat yayıb. 

İstehsalçı mövcud dəniz həlləri əsasında hazırlanmış “Hystrix 76 ADS” və “Hystrix 40 ADS” məsafədən idarə olunan sistemlərini təqdim edib. Sistemlər quruda istifadə üçün uyğunlaşdırılmış 76 mm və 40 mm avtomatik toplarla silahlanıb. Toplar uçan sursatlara, dronlara və digər alçaqdan uçan hədəflərə qarşı mübarizə aparmaq üçün nəzərdə tutulub. 

Qeyd edək ki, "Michelangelo Dome" aşkarlama proqramlarını, komanda məntəqələrini və silahları birləşdirən müdafiə sistemidir.  

Aysel Mətləb

TodayPress TV

tag: İtaliya,Leonardo,Michelangelo Dome,PUA,Todaypress.tv,