ISW: Ukrayna Xarkov və Donetskdə irəliləyir

Dünya

01.02.2026 10:56

Ukrayna qoşunları Xarkovun şimalı və Konstantinovka–Drujkovka istiqamətində irəliləyir, Rusiya isə Pokrovsk və Qulyaypolədə uğur əldə edib.

TodayPress TV  xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında deyilir. 

Analitiklərin məlumatına görə, yanvarın 30-na aid geolokasiyalı videoyazılar Müdafiə Qüvvələrinin bu yaxınlarda Xarkovun şimal-şərqində yerləşən Nesternoye ərazisinin şimal hissəsində irəliləyə bildiyini göstərir.

Hesabatda, həmçinin, Ukraynanın 16-cı Ordu Korpusunun yanvarın 31-də yaydığı məlumata istinad edilir. Bildirilir ki, Rusiya qoşunları Ukrayna pilotsuz uçuş aparatlarının əməliyyatlarına mane olmaq üçün əlverişsiz hava şəraitindən istifadə edərək daha tez-tez hücumlar həyata keçirir və bu, ukraynalı döyüşçülərin ciddi şəkildə tükənməsinə səbəb olur.

Bundan əlavə, Xarkov istiqamətində fəaliyyət göstərən Ukrayna briqadası məlumat verib ki, Rusiya tərəfinin Şebekino rayonu ərazisindən ТОС-1A termobarik artilleriya zərbələrinə cavab olaraq Ukrayna qüvvələri fiber-optik pilotsuz uçuş aparatlarının zərbələri vasitəsilə Belqorod vilayətində “zərbə zonasını” genişləndirir. 

TodayPress TV

tag: Ukrayna,Xarkov,Rusiya,Müharibə ,Todaypress.tv,