İsveçrənin yeni prezidenti məlum oldu

İsveçrənin yeni prezidenti məlum oldu
10.12.2025 23:15 Dünya

İsveçrənin iqtisadiyyat naziri Qi Parmelen bu gün Federal Məclisin hər iki palatasında keçirilən səsvermədə 2026-cı il üçün ölkənin prezidenti seçilib.

TodayPress TV xəbər verir ki, o, 210 səsdən 203-nü toplayıb.

Nazir kimi o, ABŞ-nin İsveçrəyə tətbiq etdiyi yüksək ticarət tariflərini müzakirə etmək üçün bir neçə dəfə Vaşinqtona getməli olub. Təsadüfi deyil ki, səsvermədən sonra o, vəzifəsinin icrasına çətin vaxtlarda, "qeyri-sabit və gözlənilməz şəraitdə" gəldiyini qeyd edib.

Avqust ayında ölkə ABŞ ilə razılığa gələ bilməyəndə İsveçrə idxalına 39% rüsum tətbiq edilib.

Noyabr ayında ABŞ-yə 200 milyard dollar sərmayə yatırmaq öhdəliyi ilə tariflərin 15%-ə endirilməsi ilə bağlı razılaşma əldə olundu.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər