İsrail Livanın şimalına zərbə endirdi
İsrail ordusu Livanın şimalında ölkənin paytaxtı Tripolinin yerləşdiyi əraziyə zərbələr endirib.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti bildirib.
Onun sözlərinə görə, zərbənin hədəfi Fələstin HƏMAS hərəkatının komandirlərindən biri olub.
"İsrail Müdafiə Qüvvələri bu saatlarda Livanın Tripoli bölgəsində HƏMAS-ın əsas terrorçusuna pilotsuz uçan aparatla zərbə endirib", - mətbuat xidmətinin bəyanatında deyilir.
Nicat Osman