İslandiyada rekord istilik qeydə alındı

Dünya

25.12.2025 19:00

İslandiyada hava temperaturu rekord həddə yüksəlib.

TodayPress TV xəbər verir ki, ölkənin meteorologiya institutu maksimum temperaturu 19,8 dərəcə Selsi olaraq qeydə alıb.

Qeyd olunur ki, bu göstəricilər Arktika bölgəsi üçün qışın ortasında gözləniləndən xeyli yüksəkdir. Hətta İslandiyanın ən isti ayı olan iyulun orta temperaturundan təxminən 10 dərəcə çoxdur.

Meteoroloqların sözlərinə görə, bu qeyri-adi istilik İslandiya üzərindən keçən isti tropik hava kütləsi və güclü cənub-qərb küləyi ilə bağlıdır. Milad bayramı günündə havanın yenə isti olacağı, lakin əvvəlki gün qədər yüksək temperaturun gözlənilmədiyi bildirilir.

Xatırladaq ki, İslandiyada bundan əvvəlki temperatur rekordu 2 dekabr 2019-cu ildə 19,7 dərəcə Selsi olaraq qeydə alınıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: İslandiya,Hava,Temperatur,Rekord,Todaypress.tv,