İranla bağlı danışıqların keçirilmə məkanı məlum oldu

İranla bağlı danışıqların keçirilmə məkanı məlum oldu
16.02.2026 14:09 Dünya

Cenevrədə İranla bağlı danışıqlar Omanın BMT-dəki daimi nümayəndəliyində keçiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" yerli mediaya istinadla məlumat yayıb.

Məlumata görə, görüşün "Oman Permanent Mission to the United Nations in Geneva" binasında baş tutacağı gözlənilir. Əlavə təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, fevralın 6-da İran və ABŞ arasında Omanın paytaxtı Maskatda İslam Respublikasının nüvə proqramı ilə bağlı danışıqlar aparılıb. Bu, 2025-ci ilin iyununda İran-İsrail münaqişəsinin kəskinləşməsindən sonra keçirilən ilk görüş olub. Həmin dövrədək tərəflər arasında beş raund məsləhətləşmə baş tutmuşdu.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər