İranda Laricani və Süleymaninin dəfn mərasimi keçirilir
Dünya
18.03.2026 16:53
İranda Təhlükəsizlik Şurasının katibi Əli Laricani, oğlu Murtaza və Bəsic komandiri Qulamrza Süleymaninin dəfn mərasimi keçirilir.
TodayPress TV xəbər verir ki, yayılan görüntülərdə minlərlə İran vətəndaşının onların xatirəsinə son ehtiramını bildirmək üçün küçələrə çıxdığı görünür.
Qeyd edək ki, hər üç şəxs ABŞ-İsrail hücumları nəticəsində həyatını itirib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Təl-Əviv əməliyyatın məqsədini Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq kimi izah edib. ABŞ Prezidenti Donald Tramp isə İran donanması və müdafiə sənayesinə zərbə vurmağı, həmçinin ölkə vətəndaşlarını rejimi devirməyə çağırmağı planlaşdırdığını bildirib.
Türkan İsgəndərli
tag: İran,Laricani,Bəsic,ABŞ,Todaypress.tv,
