İran XİN Laricaninin ölümünü terror aktı adlandırdı
Dünya
18.03.2026 12:48
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qətli terror aktıdır.
TodayPress TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, bu cür hücumlar İran xalqının təhlükəsizliyi və milli maraqları qorumaq iradəsini sarsıtmayacaq. Əksinə, bu hadisənin həm vətəndaşların, həm də rəsmilərin ölkəni müdafiə əzmini daha da gücləndirəcəyi vurğulanıb.
XİN həmçinin qeyd edib ki, Tehran ABŞ və İsrailin İrana qarşı hücumlarına görə BMT Təhlükəsizlik Şurasının reaksiyasını gözləyir.
Xatırladaq ki, İran ölkənin əsas siyasi fiqurlarından biri olan Əli Laricaninin öldüyünü təsdiqləyib. Rəsmi Tehran onun ABŞ və İsrail tərəfindən həyata keçirilən hücum nəticəsində həlak olduğunu iddia edir. Prezident Məsud Pezeşkian və İslam İnqilabı Keşikçiləri Korpusu isə hadisəyə görə sərt cavab veriləcəyini açıqlayıb.
Türkan İsgəndərli
tag: Laricani,İran,XİN,İİKK,Todaypress.tv,
