İran münaqişəsində vasitəçi ola biləcək dövlətlər açıqlandı

İran münaqişəsində vasitəçi ola biləcək dövlətlər açıqlandı
18.03.2026 11:26 Dünya

Çin də daxil olmaqla bir neçə ölkə İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçi kimi çıxış edə bilər.

TodayPress TV  xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Abbas Əraqçi Qətərin “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə bildirib.

Diplomat xatırladıb ki, 2023-cü ildə Çin “müsbət rol” oynayaraq İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasına töhfə verib.

Əraqçi həmçinin qeyd edib ki, Çin güclü imkanlara malikdir və digər ölkələr də oxşar potensiala sahibdir.

Xarici işlər naziri vurğulayıb ki, Tehran onun tələb və şərtlərinə cavab verən istənilən təklifi nəzərdən keçirməyə hazırdır.

Xatırladaq ki, fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyatlara başlayıb. 

Jalə Rövşən 

TodayPress TV 

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər