İran millisinin qaldığı yerdə qara torbada MEYİT TAPILDI! – Zorakılıq izləri var

İran millisinin qaldığı yerdə qara torbada MEYİT TAPILDI! – Zorakılıq izləri var
13.06.2026 10:46 Dünya

Meksikanın Tixuana şəhərində İran milli komandasının məşq bazasının yerləşdiyi stadionun yaxınlığında çürümüş vəziyyətdə meyit aşkar edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Actu Foot nəşri X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, meyit qara torbaya bükülmüş vəziyyətdə tapılıb və üzərində zorakılıq izləri aşkarlanıb.

Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Meyitin kimə məxsus olduğu və ölümün səbəbi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, İran millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində Yeni Zelandiya, Belçika və Misir yığmalarına qarşı mübarizə aparacaq. Komanda ABŞ-də keçiriləcək oyunlar öncəsi Meksikada məskunlaşıb.

2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilir. Turnirdə ilk dəfə olaraq 48 milli komanda iştirak edir.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər