İran internet kəsintisi üzrə rekord qırdı

İran internet kəsintisi üzrə rekord qırdı
05.04.2026 15:36 Dünya

İranda baş verən internet kəsintisi ölkə tarixində və dünyada ən uzunmüddətli hallardan biri olub.

TodayPress TV xəbər verir ki, bu barədə “The Daily Star” məlumat yayıb.

Məlumata əsasən, ölkə üzrə qlobal internetə çıxış 37 gündən (864 saat) artıq müddətdə kəsilib. 

Bildirir ki, bu, miqyası və davametmə müddətinə görə dünyada qeydə alınan analoji hadisələri üstələyir.

Qeyd olunur ki, digər ölkələrdə də müvəqqəti və ya regional kəsintilər yaşansa da, İrandakı kimi bütün ölkəni əhatə edən bu qədər uzunmüddətli kəsinti əvvəllər qeydə alınmayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər