İran Hörmüzü bağladı, ABŞ ordusu hərkətə keçdi - "Boğaz açıqdır"

İran Hörmüzü bağladı, ABŞ ordusu hərkətə keçdi - "Boğaz açıqdır"
20.06.2026 19:55 Dünya

ABŞ ordusu İranın, İsrailin Livana hücumları səbəbindən Hörmüz boğazını keçidlərə bağlayacağı ilə bağlı bəyanatından qısa müddət sonra "boğazın gəmilərin keçidi üçün hələ də açıq olduğu" mesajını paylaşıb.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində yazıb.

Açıqlamada Hörmüz boğazındakı kommersiya gəmilərinin hərəkətinin artaraq davam etdiyi qeyd olunub:

"Bu gün 55 kommersiya gəmisinin keçidi ilə beynəlxalq su yolunda təhlükəsiz keçid imkanı qorunub saxlanılarkən, bu gəmilər qlobal bazarlara böyük həcmdə yük və 17 milyon barreldən çox neft daşıyıb".

ABŞ ordusu bu çərçivədə təhlükəsiz keçidlərin davam etdirilməsini təmin etmək üçün bölgədəki missiyasını davam etdirdiyini də bəyanatına əlavə edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər