İran BƏƏ-ni vurub ? - Tehrandan rəsmi açıqlama

Dünya

05.05.2026 22:40

İran Silahlı Qüvvələri son günlərdə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı hər hansı hərbi əməliyyat keçirməyib, lakin Əmirliklərin istənilən təcavüzünə qətiyyətlə cavab verməyə hazırdır.

TodayPress TV xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfüqari bəyan edib.

"Əgər belə bir hərəkət olsaydı, biz bunu qətiyyətlə və açıq şəkildə bəyan edərdik. Ona görə də, bu ölkənin Müdafiə Nazirliyinin hesabatı qəti şəkildə təkzib olunur və heç bir əsası yoxdur", - deyə o bildirib.

Zülfüqari vurğulayıb ki, əgər BƏƏ ərazisindən İranın adalarına, limanlarına və sahillərinə qarşı hər hansı hərbi aksiya həyata keçirilərsə, Tehran sarsıdıcı cavab verəcək.

Aysel Mətləb

TodayPress TV

tag: İran,BƏƏ,Hücum,İbrahim Zülfüqari,TodayPress TV,