İran ABŞ ilə nüvə sazişi üçün kompromisə hazırdır
"İran ABŞ sanksiyaların ləğvini müzakirə etməyə hazır olacağı təqdirdə Vaşinqtonla nüvə sazişi üzrə kompromisləri nəzərdən keçirməyə hazırdır".
TodayPress TV xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi BBC telekanalına müsahibəsində deyib.
O bildirib ki, top ABŞ tərəfinin meydanındadır və Vaşinqton razılaşma istədiyini sübut etməlidir.
ABŞ rəsmiləri isə dəfələrlə bəyan ediblər ki, uzanan danışıqlar prosesində irəliləyişə mane olan tərəf məhz İrandır. Şənbə günü ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Prezident Donald Tramp saziş bağlamağa üstünlük verərdi, lakin İranla razılaşma əldə etmək “çox çətindir”.
Qiymət Mahir