İran ABŞ ilə nüvə danışıqlarını müzakirə edəcək
İran parlamenti fevralın 9-da ABŞ ilə nüvə proqramı üzrə aparılan danışıqların ilk mərhələsinin aralıq nəticələrini müzakirə etmək məqsədilə iclas keçirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi sədrinin müavini Abbas Müqtədai açıqlama verib.
Onun sözlərinə görə, iclas qapalı formatda baş tutacaq və İran İslam Respublikası ilə ABŞ arasında aparılan danışıqların gedişi nəzərdən keçiriləcək. Bildirilib ki, xarici işlər naziri Abbas Əraqçinin də iclasda iştirakı gözlənilir.
Jalə Rövşən