İndoneziyada zəlzələ baş verdi

İndoneziyada zəlzələ baş verdi
15.09.2025 06:39 Dünya

İndoneziyanın Sumatra adasının sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata görə, zəlzələnin episentri Benkulu şəhərindən 176 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 67 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər