İlon Maskın Rusiyaya səfər planı var
Amerikalı milyarder İlon Maskın Rusiyaya səfər etməyi planlaşdırdığı bildirilir.
TodayPress TV "RİA"ya istinadən xəbər verir ki, bunu iş adamının atası Errol Mask deyib.
O bildirib ki, İlon Mask Rusiyaya gəlmək istəyir və belə bir planı var.
“İlon Rusiyaya gələcək, o bunu istəyir”, — deyə Maskın atası vurğulayıb.
Onun sözlərinə görə, milyarderin hazırda son dərəcə gərgin iş qrafiki var, lakin Rusiyaya səfər planı qüvvədə qalır:
“Hazırlıq üçün çox vaxt tələb olunmur. Mən özüm sənədləşmə işlərini iki-üç həftəyə tamamladım”.
Qiymət Mahir