Hörmüzdə REKORD - Yüzlərlə gəmilər boğazda qaldı
İrandan artan təzyiq fonunda gəmilər Hörmüz boğazından geri çəkilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bazar ertəsindən bəri Dubay sahillərindəki əraziyə təxminən 60 müxtəlif növ gəmi daxil olub. Bu say müharibə başlayandan bəri qeyri-adi dərəcədə çoxdur. Hazırda əvvəlki yeddi gün ərzində orta hesabla 294 gəmi ilə müqayisədə, ərazidə ən azı 363 gəmi var
Dubay Tehran tərəfindən yaradılan Hörmüz boğazı üzərindəki yeni nəzarət zonasının xaricindədir. ABŞ boğazda gücü tarazlaşdırmağa çalışır və İran da eyni şəkildə cavab verir. Bu, eskalasiyadır... Boğazdan ikitərəfli gəmiçiliyin tez bir zamanda bərpa olunacağını gözlənilmir.