Hörmüz boğazında vəziyyət dəyişir: Tehran yeni detallar açıqladı
Hörmüz boğazı üçün Omanla birlikdə mexanizm hazırlanacaq və zərurət yarandıqda iki ölkə digər dövlətlərlə fikir mübadiləsi aparacaq.
TodayPress TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bəyanat verib.
"Hörmüz boğazı ilə bağlı dəniz hərəkətinin müəyyən edilmiş müddət ərzində normal vəziyyətə qaytarılması razılaşdırılıb. Bu, bizim öz məsuliyyətimizdir və bunu yalnız biz yerinə yetirəcəyik. Digər tərəflərin iştirakına və ya müdaxiləsinə ehtiyac olmayacaq", - deyə o vurğulayıb.
Aysel Mətləb