Hindistanda attraksion qəzası: Ölən və yaralananlar var
Hindistanın Xaryana ştatında yarmarka ərazisində attraksionun qəza nəticəsində sıradan çıxması faciə ilə nəticələnib.
TodayPress TV xəbər verir ki, hadisə zamanı bir polis əməkdaşı həyatını itirib, təxminən 13 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, polis əməkdaşı ziyarətçiləri xilas etməyə çalışarkən həlak olub.
Hadisə yerinə təcili tibbi yardım və xilasedici qruplar cəlb olunub, yaralananlar xəstəxanaya yerləşdirilib. Yerli hakimiyyət orqanları hadisənin səbəblərini araşdırır və təhlükəsizlik qaydalarına əməl olunub-olunmadığını yoxlayır.
Aysel Mətləb