Hantavirusa görə 7 ÖLKƏ HƏRƏKƏTƏ KEÇDİ

Hantavirusa görə 7 ÖLKƏ HƏRƏKƏTƏ KEÇDİ
09.05.2026 10:30 Dünya

Hantavirusla bağlı narahatlıq beynəlxalq miqyasda artmaqdadır.

TodayPress TV xəbər verir ki, Argentinadan yola düşən kruiz gəmisində aşkarlanan yoluxma halları bir sıra ölkələrdə həyəcan yaradıb.

Niderland, Sinqapur, İsveçrə, İsrail və Böyük Britaniyadan sonra ABŞ-də də mümkün təmasda olan şəxslər nəzarətə götürülüb.

ABŞ-nin Nyu-Cersi ştatında iki nəfərin yoluxmuş sərnişinlə əlaqədə ola biləcəyi açıqlanıb. Ştatın Səhiyyə Departamenti həmin şəxslərin gəmidə olmadığını və indiyədək heç bir simptom göstərmədiyini bildirib. Rəsmi açıqlamada ictimaiyyət üçün risk səviyyəsinin aşağı olduğu qeyd edilib.

Qeyd edək ki, 2026-cı il futbol Dünya Çempionatının ABŞ, Kanada və Meksikada keçiriləcəyi, oyunların əksəriyyətinin ABŞ-də baş tutacağı xatırladılıb. Matçlardan bəzilərinin Nyu-Cersidə oynanılacağı, final görüşünün isə “MetLife Stadium” stadionunda keçiriləcəyi bildirilir.

ÜST indiyədək gəmidə səkkiz hantavirus halının qeydə alındığını, bunlardan üçünün ölümlə nəticələndiyini açıqlayıb.

Məlumata görə, xəstələrdə yüksək hərarət, mədə-bağırsaq pozuntuları, sürətlə inkişaf edən pnevmoniya və kəskin tənəffüs çatışmazlığı kimi simptomlar müşahidə olunub.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) isə vəziyyəti “3-cü səviyyə” kimi qiymətləndirib. Bu, qurumun ən aşağı fövqəladə hazırlıq kateqoriyası sayılsa da, mümkün yayılmanın izlənilməsi və qabaqlayıcı tədbirlərin görülməsi üçün xüsusi mütəxəssis qrupunun ayrıldığı bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Bütün Xəbərlər