Hakan Fidan: “Türkiyəyə qarşı hər cəhd uğursuzluğa məhkumdur”

Hakan Fidan: “Türkiyəyə qarşı hər cəhd uğursuzluğa məhkumdur”
15.07.2025 11:06 Dünya

Türkiyənin xarici işlər naziri Hakan Fidan 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib.

TodayPress TV xəbər verir ki, nazir bu münasibətlə “X” sosial şəbəkəsində yayımladığı mesajda FETÖ və xarici təsirlərə qarşı mübarizənin qətiyyətlə davam etdiyini bildirib.

“Xarici kəşfiyyat xidmətlərinin gündəmini izləyərək Türkiyəni diz çökdürmək xəyalı ilə yaşayan xəyanət şəbəkələrinin hesaba qatmadığı əsas məqam millətimizin azadlığa və ədalətə bağlılığı, dövlətimizin isə gücüdür”, – deyə Fidan vurğulayıb.

O bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğanın uzaqgörənliyi və xalqın iradəsi 15 iyul gecəsi FETÖ-ə qarşı qəti mövqe sərgiləyib və çevriliş cəhdinə yol verilməyib.

“Millətimiz sarsılmaz iradə göstərərək heç bir təhdid qarşısında boyun əyməyəcəyini bir daha sübut etdi. Dövlətimiz bu terror təşkilatını sığındığı hər yerdə izləyir və ədalət qarşısına çıxarılması üçün qətiyyətli addımlar atır”, – deyə Fidan əlavə edib.

Nazir həmçinin, FETÖ ilə mübarizədə tərəddüd etməyən qəhrəmanlara təşəkkürünü bildirib, şəhidlərə Allahdan rəhmət, qazilərə minnətdarlıq diləyib.

“Türkiyəyə zərər verməyə çalışan hər cəhd, keçmişdə olduğu kimi, gələcəkdə də uğursuzluğa məhkumdur. 15 İyul Demokratiya və Milli Birlik Günü mübarək olsun!”, - deyə Fidan paylaşımının sonunda qeyd edib:

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər