Gürcüstan parlamentinin iclasında dava düşdü - VİDEO
Gürcüstan parlamentinin plenar iclasında dava düşüb.
TodayPress TV Gürcüstan mediasına istinadən xəbər verir ki, fiziki qarşıdurmada Georgi Qaxariyanın “Gürcüstan naminə” partiyasının deputatları və “Gürcü Arzusu”nun üzvləri iştirak ediblər.
Münaqişə “Gürcüstan naminə” partiyasının deputatı Georgi Şaraşidzenin çıxışından sonra başlayıb.
Parlamentin iclası dayandırılıb.